24 yaşlı gəlin qızıl və pulları götürüb evdən getdi - 11 GÜNDÜR YOXDUR

# 19:23
10 yanvar 2022

Şəmkir rayonunda Musayevlər ailəsinə gəlin köçən 1998-ci il təvəllüdlü Gülbəsti Qurbanova 11 gündür ki, itkin düşüb. Hadisə rayonun Mahmudlu kəndində qeydə alınıb.

24 yaşlı Güldəsti Qurbanova sonuncu dəfə Dekabrın 31-i bu qapıdan çıxıb və geri qayıtmayıb. Qayınanası Ceyran xanımın sözlərinə görə, gəlini evdən zaman özünə və həyat yoldaşına məxsus qızıl-zinət əşyalarını və evdə olan pulu aparıb. Həmin gündən sonra ondan xəbər olmayıb. Qayınanasının sözlərinə görə, onların ailəsində heç bir problem olmayıb.

Təxminən 1 ildən artıqdır Mahir Musayevlə ailə həyatı quran Gülbəsti Qurbanovanın evdən getməsini ilk olaraq onun qaynanası Ceyran Musayeva bilib: “Ərini zorla göndərdi ki, get şəhid əmisi oğlunun qəbri üstünə. Sonra gülü sellofana qoyaraq mənə də dedi ki, bir az tez gedin, qəbirüstünə gec getmək olmaz. Bu zaman yoldaşım gəldi, çörək yedi və sonra getmək qərar verdik. Bir müddət sonra çağırdım mənə cavab vermədi. Yaxınlarının evindən - atası evi, bibisi, xalası evindən heç kim yerini bilmədi”.

Ceyran Musayevanın sözlərinə görə, gəlini Gülbəsti Qurbanova artıq ikinci dəfədir evdən gedir. Üstəlik oğlu ilə heç bir ciddi problemləri olmayıb: “Heç vaxt ciddi söhbətləri, narazılıqları olmayıb. İl yarımdır gəlib, bir dəfə də olsun ona  şiddət göstərilməyib. Mən özüm də ona heç vaxt irad tutmamışam. Çünki yeməyimizi bişirib, hər şeyi edib. Yaxşı dolanırdıq, bilmirəm niyə belə edib”.

Mahir Musayev deyir ki, bu gün həyat yoldaşı Gülbəsti Qurbanova ona zəng edərək sağ olduğunu bildirib. Amma harada olduğunu deməyib. Məsələ ilə əlaqədar Gülbəsti Qurbanovanın ailəsinin də fikrini öyrənmək istəsək də, qarşı tərəfdən kimsə danışmaq istəmədi. Şifahi olaraq bildirdilər ki, hadisədən xəbərləri var və aidiyyəti orqanlara məlumat veriblər.

Artıq Daxili İşlər Nazirliyi qadının tapılması üçün axtarışlara başlayıb.

Qeyd edək ki, gənc ailənin evlilikdən övladları yoxdur.

Fuad Nazimoğlu, Mehdi Məmmədov APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR