Abşeronda avtomobil yük maşınına çırpılıb
Abşeron rayonunun Xırdalan şəhərində 3 avtomobil qəzaya uğrayıb.
APA TV xəbər verir ki, yol qəzası Abşeron Rayon Polis İdarəsinin qarşısında qeydə alınıb.
“Toyoto” markalı nəqliyyat vasitəsi “Qazel” markalı maşını sağdan ötmə əməliyyatı edərkən yük avtomobilinə çırpılıb.
İdarəetmədən çıxan minik avtomobili yol kənarında hərəkətsiz dayanan “Volkswagen” markalı maşına da çırpılıb. Qəza nəticəsində “Toyoto”da olan bir nəfər xəsarət alıb.
Hadisə yerinə Abşeron Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.
DİGƏR XƏBƏRLƏR
Xankəndi, Xocalı və Ağdərəyə NÖVBƏTİ KÖÇ BAŞ TUTDU
Qarabağdakı abidələr hansı tarixi həqiqətləri yaşadır?
Böyük Qayıdışın növbəti mərhələsi: Daha 284 sakin yurda döndü