İranda DƏHŞƏT: ÖLƏNLƏR VƏ İTKİN DÜŞƏNLƏR VAR

# 17:29
29 iyul 2022

İranda iyulun 26-dan başlayan güclü yağış və sel daşqınları hələ də davam etməkdədir. Rəsmilərin verdiyi xəbərə görə, təbii fəlakət ölkənin bir çox əyalətlərində dağıntılara və insan tələfatına səbəb olub. Onlarla insan itkin düşüb. Yerli medianın verdiyi xəbərlərə görə, Kerman və Sistan-Bəluçistan əyalətlərinin müxtəlif şəhərlərində baş verən güclü yağış və sel daşqınları nəticəsində azı 3 nəfər həyatını itirib, 2 uşaq isə itkin düşüb. Tehran əyalətinin Rudəhən şəhərində isə 1 nəfər itkin düşüb. İranın Firuzkuh bölgəsində də güclü sel daşqınları nəticəsində 25 nəfər ölüb, 12 nəfər itkin düşüb.

 

İranın Qızl Aypara Cəmiyyətinin sədri Pirhüseyn Kulivənd dövlət agentliyi İRNA-ya açıqlamasında deyib ki, Tehran bölgəsində 500 zərərçəkmiş şəxs təhlükəsiz bölgəyə təxliyə edilib. O, itkinlərlə bağlı verilən suala cavabında isə hazırda axtarış-xilasetmə tədbirlərinin davam etdiyini bildirib.

 

Sosial şəbəkələrdə Yəzd əyalətinin Təft şəhərində də sel daşqınlarının avtomobilləri və evləri tamamilə yararsız hala salması ilə bağlı görüntülər paylaşılıb.

 

Fuad Sadıqov

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR