Ağdaşda 6 otaqlı ev yandı - XƏSARƏT ALAN YOXDUR
Ağdaş rayonunda yanğın hadisəsi baş verib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə Ağdaş şəhərinin Nizami küçəsindəki 8 saylı ünvanda yerləşən mənzildə qeydə alınıb.
Rayon sakini, 1977-ci il təvəllüdlü İbrahimov Ramiq Rafiq oğluna məxsus ümumi sahəsi 240 kvadratmetr olan 6 otaqlı evdə baş verən yanğının söndürülməsi üçün əraziyə FHN-nin iki yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Hadisə zamanı ev və içərisindəki əşyalar yanıb. Yanğınsöndürənlər alovun genişlənməsinin qarşısını alıblar. Hadisə zamanı xəsarət alan olmayıb. Yanğının hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Şahnəzər Bəşirov
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri