Anasını baltalayaraq qətlə yetirən şəxs axtarılır
Xaçmazda 6 gün əvvəl anasını balta ilə qətlə yetirən şəxs axtarılır.
DİN-dən APA TV-yə verilən məlumata görə, yanvarın 13-də anasını qətlə yetirərək hadisə yerini tərk edən Xaçmaz rayonu Əzizli kənd sakini Ramiz Sultanovun saxlanılması üçün polis əməkdaşları tərəfindən intensiv əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Qeyd olunub ki, Ramiz Sultanov ruhi xəstədir. Həmin şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin (055) 722-27-99 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.
Məlumat verən şəxsin anonimliyi təmin olunacaq.
Xatırladaq ki, yanvarın 13-də Xaçmazın Əzizli kəndində kənd sakini, 1956-cı il təvəllüdlü Sənəm Sultanovaya oğlu tərəfindən balta ilə müxtəlif bədən xəsarətləri yetirilib. Qadın Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. S.Sultanova bir gün sonra Xaçmaz Mərkəzi Rayon Xəstəxanasında dünyasını dəyişib.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu