Arzularının dalınca gedən afrikalı Azərbaycanda “ilişdi”
Yanvar ayının 2-də saat 21:00 radələrində Dövlət Sərhəd Xidmətinin “Zaqatala” sərhəd dəstəsinin Balakən rayonunun Poçtbinə kəndi yaxınlığında yerləşən xidməti ərazisində Azərbaycan Respublikasından Gürcüstan Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 1 nəfər Nigeriya Federativ Respublikası vətəndaşı saxlanılıb.
Bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
Qeyd edilib ki, araşdırma zamanı saxlanılan şəxsin ölkə ərazisinə rəsmi qaydada gəlməsi, dövlət sərhədini pozaraq Azərbaycan Respublikasından Gürcüstan Respublikasına, oradan isə Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olduğu müəyyən edilib.
Fakt üzrə əməliyyat-istintaq tədbiri davam etdirilir.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu