Atasını öldürən oğula anası da kömək edibmiş
Ötən gün Sabirabadda 19 yaşlı oğlanın atasını öldürməsi barədə xəbər vermişdik.
Lent.az hadisə ilə bağlı yeni faktlar əldə edib.
Araşdırmalar zamanı məlum olub ki, Sabirabad rayonunun Moranlı kəndində baş verən cinayəti 19 yaşlı İlkin İbadlı tək törətməyib. Ona bu işdə anası yardım edib. O, anası Dilarə ilə birlikdə atası Adil İbadovun başına taxta parçası ilə xəsarət yetiriblər.
Nəticədə kişi aldığı xəsarətdən ölüb.
Məlumata görə, Adil İbadov ruhi xəstə olub.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu