AXCP-nin Salyan təşkilatının sədri adam bıçaqladı
Bakı sakini bıçaqlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, hadisə fevralın 7-si gecə saat 1 radələrində Qaradağ rayonu ərazisindəki “Lökbatan dairəsi” adlanan yerdə baş verib. Naməlum şəxs xuliqanlıq zəminində Sahil qəsəbə sakini 43 yaşlı Natiq Bafadar oğlu Süleymanova bıçaqla qarın və əl nahiyələrindən xəsarət yetirərək hadisə yerindən uzaqlaşıb.
Yaralı xəstəxanaya yerləşdirilib. Qaradağ rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə hadisəni törədən Salyan rayon sakini 47 yaşlı Zamin Oqtay oğlu Salayev saxlanılıb.
Rayon Polis İdarəsində araşdırmalar aparılır.
Qeyd edək ki, Zamin Salayev AXCP Salyan rayon təşkilatının sədridir.
DİGƏR XƏBƏRLƏR
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir