Axtarışda olan Afət Fərmanqızı ölkədən getdi

# 12:18
16 may 2022

Axtarışa verildiyi deyilən müğənni Afət Fərmanqızı Azərbaycanı tərk edib. 

 

Lent.az xəbər verir ki, o, öz “Instagram” hesabında hava limanından paylaşım edib. 

 

Belə ki, müğənni sosial şəbəkədə bunları yazıb:

 

“Mən həyat yoldaşımın yanına uçuram. Bəbişimlə uçuram, həkimim bizi gözləyir". 

 

Ötən gün isə sosial şəbəkə hesabında “İşlərimlə bağlı Rusiyaya getməliyəm. Axtarışda olan adam xaricə gedə bilər?”, - deyə müğənni izləyicilərinə sual ünvanlamışdı.

 

Xatırladaq ki, Xalq artisti, tanınmış sənətçi Flora Kərimova ilə arasında olan məhkəməyə dəfələrlə gəlməyən müğənni bir neçə gün əvvəl axtarışa verildiyi qeyd olunub.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR