Azərbaycan hökuməti və BMT-nin birgə layihəsi üzrə keçirilən media kampaniyasına yekun vuruldu

# 22:26
25 avqust 2021

“Əlilliyi olan qadınların və Dağlıq Qarabağ müharibəsi veteranlarının hüquqlarının və rifahının təmin edilməsi layihəsinin media kampaniyası”na yekun vurulub.

 

APA TV xəbər verir ki, media kampaniyasında qalib olan iştirakçıların mükafatlandırma mərasimi baş tutub. Tədbiri giriş sözü ilə açan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri Rəşad Dayiyev, layihənin məqsədi, həssas qrupların hüquqlarının və rifahının təminatı, onların məşğulluq imkanlarının artırılması sahəsində hökumətin apardığı işlərin əhəmiyyətindən danışıb.  BMT-nin İnkişaf Proqramının Azərbaycan Respublikasındakı rezident nümayəndəsinin müavini Çaru Bista layihə çərçivəsində görülən işlərdən danışıb.

 

Tədbirdə iştirak edən sağlamlıq məhdudiyyətli şəxslər öz  video və foto çarxlarını nümayiş etdiriblər.

 

- Nəqliyyat vasitələrinin əlverişsiz olduğun qabartdım. Bu barədə layihə işlədim verdim, çox şükür uğurlu alındı. Yaşadığım ərazidə marşrutlara minib düşə bilmirəm.

 

- Əvvəllər əlillərə tibbi tərəfdən yanaşılırdısa, bu gün artıq sosial tərəfdən yanaşılır. Bu gün 1-ci və 2 ci qrup əlillər dövlət universitetlərində oxuya bilərlər. Ancaq çox təəssüf ki universitetlərdə o təşəbbüskarlıq yoxdur.

 

Sonda əlilliyi olan şəxslərə və bir qrup media əməkdaşına diplom və mükafat verilib.

 

Qeyd edək ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə icra olunan, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, BMT-nin İnkişaf Proqramı və BMT-nin Əhali Fondunun birgə həyata keçirdiyi layihənin icrasına 2019-cu ildə başlanılıb. İki il davam edəcək layihə Bakı, Salyan və Masallı rayonlarını əhatə edir.

 

Xələf Xələfov

Samir Qaragözov

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR