AZƏRBAYCAN ORDUSUNUN BÖLMƏLƏRİ DÖYÜŞ ATIŞLARI KEÇİRİR - ŞƏRHSİZ
Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq sərt hava şəraiti və müxtəlif relyefli ərazilərdə hərbi qulluqçuların döyüş hazırlığı üzrə praktiki dərsləri keçirilir.
APA TV Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, dərslərdən əvvəl təlim sahələrinin rəhbərləri praktiki məşqlərə cəlb olunan şəxsi heyəti təhlükəsizlik qaydaları, atışın şərtləri və digər tələblərlə tanış ediblər.
Hərbi qulluqçular şərti düşmən hədəflərinə atıcı silahlardan atəş açır və digər praktiki tapşırıqları icra edirlər.
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri