Azərbaycanda daha 3 nəfər koronavirusdan sağalaraq evə buraxıldı
Koronavirus infeksiyasına yoluxduğu müəyyən edilən daha 3 Azərbaycan vətəndaşı xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalıb və evə buraxılıblar.
Nazirlər Kabinetinin yanında operativ qərargahdan APA TV-yə bildirilib ki, bu günə olan məlumata görə, ölkədə 19 nəfərin koronavirus infeksiyasına yoluxduğu müəyyən edilib.
Onlardan 6 nəfəri artıq müalicə olunaraq sağalıb. Hazırda xüsusi rejimli xəstəxanalarda olan digər şəxslərin müalicəsi davam etdirilir, onların səhhəti ciddi nəzarət altında saxlanılır.
DİGƏR XƏBƏRLƏR
Edilən ƏN BÖYÜK SƏHV! — Günvurma zamanı nə etməliyik?
Bakıda Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirildi