Azərbaycanın 4-cü ən böyük stadionu: Tikinti işləri niyə yekunlaşmır?

# 14:21
25 may 2022

2020-ci ilin əvvəlindən tikintisinə başlanılan Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu hələ də tikilib təhvil verilməyib.

APA TV xəbər verir ki, Bir çox beynəlxalq oyunlara, çempionatlara, kuboklara, yarışlara şahidlik edən Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu 1966-cı ildə istifadəyə verilib. Son olaraq isə 2011-ci ildə meydançada kosmetik təmir işləri aparılıb, 2020-ci ilin yanvarında yenidən tikilməsi üçün sökülüb.

Şəhər sakinləri stadionda tikinti işlərinin ləng getməsindən narazıdır.

Bəs görəsən stadionda işlər nə vaxt yekunlaşacaq?

Stadionun direktoru Nadir Quliyev APA TV-yə bildirdi ki, hazırda işlər davam etdirilir və tikinti işləri sentyabr ayında yekunlaşacaq. Stadionda artıq tamamlama işləri aparılır.

Qeyd edək ki, stadionun 10 min azarkeş tutumu olacaq. Bununla yanaşı, ərazidə güləş və boks zalı da inşa edilib. Tədbirlərin keçirilməsi və qonaqların qalması üçün xüsusi zona da tikilib.

Ramil Zeynallı, Əli Əliyev, APA TV

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR