AzTV-nin əməkdaşı koronavirusdan dünyasını dəyişib
“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) operatoru 74 yaşlı İmanov Abasağa koronavirusdan dünyasını dəyişib.
Bunu APA TV-yə açıqlamasında AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nərgiz Rəfiyeva deyib.
O bildirib ki, veteran operator 60 yaşı ötmüş bütün digər əməkdaşlar kimi artıq 1 aya yaxındır TV-yə gəlməsə də, qəflətən evdə özünü pis hiss edib. 6 gün idi ki, xəstəxanada müalicə alan həmkarımız bu gün dünyasını dəyişib: "AzTV kollektivi adından həmkarımıza Allahdan rəhmət diləyir, yaxınlarına başsağlığı veririk".
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi