Laçın sakini marketi soydu
Bakıda marketdən oğurluq olub.
Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinə Cavadxan küçəsində yerləşən marketlərin birindən 1600 manat dəyərində 8 ədəd arabanın qeyri-aşkar şəraitdə oğurlanması barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Laçın rayon sakini, əvvəllər məhkum olunmuş İsrail Hüseynov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib