Bakıda telefon mağazasından oğurluq edilib

# 23:10
12 iyul 2022

Bakının Nəsimi rayonunda oğurluq hadisəsi qeydə alınıb.

APA xəbər verir ki, hadisə 3-cü mikrorayon dairəsində baş verib.

Belə ki, Fərid  Nəsirova məxsus  Rövşən Cəfərov küçəsində yerləşən mobil telefon dükanın şüşəsi sındırılıb. Dükan sahibi hadisədən xəbər tutaraq əraziyə gəlib. Müvafiq olaraq ərazi üzrə 19-cu Polis Bölməsinə məlumat verilib.

Dükan sahibi APA-ya bildirib ki, təxminən ona 2 min manatdan çox zərər dəyib. Oğurlanan telefon aksesuarları və mobil telefonlardır.

Polis Bölməsinin əməkdaşları ərazidə əməliyyat axtarışı aparıb. Müvafiq olaraq təhlükəsiz şəhər kamerasının görüntülərinə baxılıb. Məlum olub ki, oğuıuq edən şəxs yaxınlıqda yerləşən kafedən çıxan şəxsdir. Həmin şəxsin axtarışlarına başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR