Bakıda Texniki-Humanitar Lisey uçur: Şagirlər harada təhsil alacaqlar?

# 17:39
22 fevral 2023

Bu görüntülər uzun illərdir ki, qəzalı vəziyyətdə olan 147 nömrəli Texniki-Humanitar Liseyin qarşısında bu gün səhər saatlarında qeydə alınaraq qaynar xəttimizə göndərilib. Məktəbin qarşısında valideynlər etiraz aksiyası keçirirlər.

 

Bundan başqa, valideynlər iddia edirlər ki, yeni məktəb başqa yerdə tikiləcək. Bu da valideynlərin narahatlığını daha da artırıb. Ümumiyyətlə 147 nömrəli Texniki-Humanitar Liseydə Elm və Təhsil Nazirliyinin mərkəzləşdirilmiş qaydada keçirdiyi imtahanla siniflər formalaşdırılır. Yəni burada nəinki yaxınlıqda yaşayan şagirdlər, eləcə də paytaxtın müxtəlif istiqamətlərində yaşayan şagirdlər test yolu ilə müəyyən olunan keçid balını toplayaraq, təhsil alırlar. Əgər buna təhsil almaq demək olarsa. Bircə dəfə məktəbin pilləkənləri ilə qalxmaq kifayət edir ki, vəziyyətin nə qədər acınacaqlı oduğunu anlayasan.

 

147 nömrəli Texniki-Humanitar Liseyin direktor müavini Sevinc Əsədova isə bildirdi ki, müvəqqəti köçürülmə zamanı valideynlərin ümumi rəyi nəzərə alınacaq. Bu baxımdan hər hansı narahatlığa ehtiyac yoxdur.

 

Bakı Şəhər Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov bildirdi ki, liseyin yenilənməsi, təhsilalanların tədris şəraitinin daha da yaxşılaşdırılması məsələləri müzakirə olunub. Qərar verilib ki, lisey kontingenti valideynlərin istəyinə uyğun olaraq, yaxınlıqdakı 56 nömrəli tam orta məktəbə yerləşdirilsin.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR