Bakıda yük avtomobili öz-özünə hərəkətə gələrək qəzaya uğrayıb
Bakının Yasamal rayonunda avtoqəza baş verib.
APA Tv xəbər verir ki, hadisə Hüseyn Cavid prospektində qeydə alınıb.
İritutumlu qoşqulu yük avtomobili hərəkətsiz vəziyyətdə yol kənarında dayanarkən qəfildən hərəkətə gəlib. Nəticədə avtomobil yol kənarındakı ağac və səkiyə çırpılıb.
Hadisədən sonra sürücü Baba Əliyev hadisə yerinə gəlib. O, bildirib ki, avtomobilini park edərək ərazidən uzaqlaşıb. Lakin nəqliyyat vasitəsi hündürlükdən aşağıya doğru öz-özünə hərəkətə keçib.
DİGƏR XƏBƏRLƏR
Beyləqanda silahlı insidentlə bağlı PROKURORLUĞUN AÇIQLAMASI
Azərbaycanlı jurnalistlər Qırğızıstanın ən böyük xəbər mərkəzində olublar
Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanladı