Bayden mənə iki şey dedi - Kuleba
Ukrayna xarici işlər və müdafiə nazirləri Polşada ABŞ Prezidenti Co Baydenlə görüşüb.
APA TV xəbər verir ki, Ukrayna xarici işlər naziri Dmitri Kuleba Varşavada keçirilən danışıqların uğurla başa çatdığını deyib.
"Blinken Ukraynanın hərbi, humanitar və iqtisadi tələbatının təmin ediləcəyini söz verib”, - deyə nazir vurğulayıb.
Kuleba Prezident Co Baydenin ukraynalıların mübarizəsindən heyran olduğunu və Ukraynada baş verənlərin XXI əsri dəyişəcəyini söylədiyini də əlavə edib.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib