Bəraət alandan sonra polislərin saxladığı şəxs həbs edildi
Bir neçə gün əvvəl İsmayıl Qəhrəmanovun məhkəmədən sərbəst buraxıldığı lakin polislər tərəfindən yenidən saxlanılması barədə xəbər vermişdik.
Daxili İşlər Nazirliyindən APA TV-yə verilən məlumata görə, paytaxtın Binəqədi, Xətai, Nizami rayonlarında çoxsaylı oğurluq əməllərində şübhəli bilinən 27 yaşlı, əvvəllər dəfələrlə məhkum olunan İsmayıl Qəhrəmanov barəsində məhkəmə qərarı ilə 4 ay həbs-qətimkan tədbiri seçilib.
Cinayət Məcəlləsinin 177-ci maddəsində nəzərdə tutulan əməli törətməkdə şübhəli bilinən şəxs barəsində cinayət işinin istintaqı Bakı şəhər Baş Polis İdarəsində aparılır.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib