Biləsuvarda əməliyyat – KÜLLİ MİQDARDA NARKOTİK DÖVRİYYƏDƏN ÇIXARILDI
Paytaxt sakinləri Biləsuvarda külli miqdarda narkotiklə tutulublar.
APA TV-nin cənub bürosunun verdiyi xəbərə görə, rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat nəticəsində Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Əfqan Əkbərov və Elvin Mənsimov saxlanılıblar.
Onların olduğu avtomobilə keçirilən baxış zamanı oradan 5 kiloqram 820 qram heroin və 291 qram metamfetamin aşkarlanaraq götürülüb: “Bakıdan gəlirdim, bir iranlı ilə telefonda əlaqə saxlamışdım. O iranlı, gömrüyə gedən yolda plakatın altında bükümdə narkotik vasitə qoymuşdu. Onu götürüb maşına qoyub, geri qayıdanda Cəlilabad yolunda polis əməkdaşları saxladılar”.
Faktla bağlı zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdir.
Tural Kərimov
Rövşən Əzimov
APA TV
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev Estoniyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
Əfv olunanlar arasında Martin Ryan da var
Xankəndi, Xocalı və Ağdərəyə NÖVBƏTİ KÖÇ BAŞ TUTDU