Bir balon xlorla metroya girdi - Ara qarışdı
Bakı metrosunda sərnişinlər üçün yarana biləcək təhlükənin qarşısı alınıb.
Qurumun Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, “Gənclik” stansiyasının vestibülündə bir sərnişinin əlindən içində xlor maddəsi olan şüşə balon düşüb.
“Maye buxarlanması olub. Dərhal müvafiq tədbirlər görülüb, o cümlədən balonun düşdüyü yer təmizlənib. Sərnişinlərin təhlükəsizliyinə xələl gətirə biləcək hadisə baş verməyib”, - deyə B.Məmmədov əlavə edib.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu