BMT Baş katibi pandemiyaya qarşı peyvənd planı hazırlanmasını təklif edib
BMT Baş katibi Antoni Quterreş ABŞ Dövlət katibi Entoni Blinkenlə videoformatda görüş keçirib.
APA TV xəbər verir ki, görüşdə pandemiyaya qarşı mübarizə ilə yanaşı, Yəmən, Liviya və Suriya məsələləri, o cümlədən Yaxın Şərqdə sülh prosesini bərpası istiqamətində müzakirələr aparılıb.
Baş katib BMT ilə ABŞ arasında dialoqun davam etdirilməsi üçün əhəmiyyətli bir fürsət olduğunu söyləyib.
A.Quterreş pandemiyanın yayılmasını dayandırmaq üçün qlobal peyvənd planına ehtiyac olduğuna inandığın deyərək, bu səbəbdən “G20” ölkələrinə belə bir plan hazırlamaq və həyata keçirmək üçün xüsusi bir qrup yaratmağı təklif edib.
DİGƏR XƏBƏRLƏR
Xankəndi, Xocalı və Ağdərəyə NÖVBƏTİ KÖÇ BAŞ TUTDU
Qarabağdakı abidələr hansı tarixi həqiqətləri yaşadır?
Böyük Qayıdışın növbəti mərhələsi: Daha 284 sakin yurda döndü