Britaniya kəşfiyyatı Rusiyanın yeni planlarını açıqladı

# 13:20
11 mart 2022

“Rusiyanın işğaldan əvvəlki planında qeyd olunan məqsədlərə uğurla nail olması barədə ehtimal çox azdır”.

 

APA TV xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidmətinin yaydığı məlumatda bildirilib.

 

Qeyd olunub ki, Rusiya Quru Qoşunları məhdud irəliləyiş əldə edib və bu, belə davam edir.

 

“Maddi-texniki, logistik problemlər, Ukraynanın güclü müqaviməti Rusiyanın irəliləyişinə mane olur.

 

Rusiya çox güman ki, yaxın günlərdə öz qüvvələrini yenilənmiş hücum fəaliyyəti üçün bərpa etməyə və yenidən mövqe tutmağa çalışacaq. Bu, yəqin ki, paytaxt Kiyevə qarşı əməliyyatları əhatə edəcək”, - deyə məlumatda qeyd olunub.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR