Bu ölkədə istilik 50 dərəcəni keçdi
Mərakeşin cənubundakı Aqadir stansiyası 50,4°C istilik qeydə alıb. APA “Figaro”ya istinadla xəbər verir ki, bu barədə Mərakeşin Baş Meteorologiya İdarəsi məlumat yayıb. Bildirilib ki, bu, Mərakeşdə meteoroloji ölçmələr tarixində ən yüksək göstəricidir. Bundan əvvəlki rekord təxminən 2 həftə əvvəl Qərbi Böyük Səhrada yerləşən Smara şəhərində qeydə alınıb: 49,9°C. Qeyd edilib ki, Mərakeşin bəzi ərazilərində bu həftə temperatur iqlim normasından 13 dərəcə yüksək olub.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib