Bu şəxslərə ödənilən vəsait 150 manat artacaq
"Yeni əlillik meyarları bəzi əlillərə ödənilən vəsaitin artmasına səbəb olacaq”.
APA TV xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillik siyasəti şöbəsinin müdiri Sabir Qocayev feysbukda yayımlanan "Sosial saat"da deyib.
"Birinci qrup əlillərə qulluq edən şəxslərə ödənilən 80 manat da daxil olmaqla ümumilikdə 430 manat verilirdi. Lakin eyni kateqoriyada olan uşaqlara ödənilən vəsait daha az - 280 manat idi. Yeni meyarların üstünlüyü ondan ibarətdir ki, həmin uşaqlar da 280 manat yox, 430 manat alacaqlar. Beləliklə, bir sıra meyarlarda artımlar ediləcək",- deyə Sabir Qocayev bildirib.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu