Büdcə Məcəlləsinin işlənib hazırlanması sürətləndirilməlidir - Əli Məsimli

# 18:11
11 oktyabr 2022

“Dövlət fondlarının vəsaitləri sürətlə artır”

 

APA TV xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli deyib.

 

Deputat bildirib ki, dövlət fondları parlament nəzarətindən kənarda olmamalıdır: “Son vaxtlar İcbari Tibbi Sığorta Fondunun yaradılması da bu vəsaitlərin artmasına səbəb olur. Vəsaitlər atdıqca həmin vəsaitlərdən istifadənin səmərəliliyini artırmaq üçün nəzarət mexanizmi təkmilləşdirilməlidir. Məsələn, Dövlət Sosial Müdafiə Fondunun büdcəsi 5 milyard manatdan çoxdur. Hansı məntiqə sığır ki, bu fond parlament nəzarətindən kənarda olsun?”.

Əli Məsimli hesab edir ki, Büdcə Məcəlləsinin işlənib hazırlanması sürətləndirilməlidir: “DSMF, İşsizlikdən Sığorta Fondu, o cümlədən İcbari tibbi Sığorta Fondunun vəsaitləri artdığına görə nəzarət gücləndirilməli, şəffaflıq artmalıdır. Belə şəraitdə ən yaxşı yol Büdcə Məcəlləsində birmənalı şəkildə bu fondların da icmal büdcəsinin müzakirəsinin parlament nəzarəti altında saxlanmasının vacibliyinin əksini tapmasıdır”.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR