“Traktor” FK azarkeşləri bu stadiona niyə buraxılmayacaq?
Təbrizin “Traktor” futbol klubunun azarkeşlərinin stadiona girişi məhdudlaşdırılıb.
APA-nın Tehran bürosu xəbər verir ki, buna “Traktor”un son oyunda baş verən insidentlər səbəb olub.
İran Futbol Federasiyasının İntizam komitəsi qayda pozuntuları ilə əlaqədar “Traktor” klubunun azarkeşlərinin stadiona girişini müvəqqəti məhdudlaşdırıb.
Qərara əsasən, qarşıdakı “Traktor”-“Fəcr” qarşılaşmasına Təbriz klubunun azarkeşləri buraxılmayacaq.
Qeyd edək ki, bir neçə gün öncə futbol üzrə İran çempionatının 28-ci turunda “Traktor”-“Persepolis” klublarının qarşılaşması yarımçıq qalıb. Belə ki, azarkeşlərin stadiona yad əşyalar atmasına görə, iki klubun futbolçuları arasında dava düşüb və oyun 70-ci dəqiqədə, hesab 0:0 olarkən dayandırılıb.
DİGƏR XƏBƏRLƏR
![Valideynlər narkomaniyaya düçar olan övladını necə tanısın? – APA TV](https://apa.az/storage/apa-tv/news/2024/july/02/big/6684412821d6e6684412821d6f17199434646684412821d6b6684412821d6c.jpg)
Valideynlər narkomaniyaya düçar olan övladını necə tanısın? – APA TV
![Taksilərin sayı azaldı, minimum qiyməti isə 4.50 AZN oldu](https://apa.az/storage/apa-tv/news/2024/july/01/big/6682be55512976682be555129817198444376682be55512956682be5551296.jpg)
Taksilərin sayı azaldı, minimum qiyməti isə 4.50 AZN oldu
![Taksi fəaliyyətində istifadə olunacaq avtomobillərlə bağlı yeni qərar qüvvəyə mindi](https://apa.az/storage/apa-tv/news/2024/july/01/big/66823df42a73f66823df42a740171981157266823df42a73d66823df42a73e.jpg)
Taksi fəaliyyətində istifadə olunacaq avtomobillərlə bağlı yeni qərar qüvvəyə mindi
![Gəncədə ağır yol qəzası baş verib](https://apa.az/storage/apa-tv/news/2024/july/01/big/66823dae71e8766823dae71e88171981150266823dae71e8566823dae71e86.jpg)