Deputat BNA-nı sərt tənqid etdi
“Hərbçilərin pensiya məsələsi həllini tapmır”.
APA TV xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.
Deputat İcra hakimiyyətlərinin şəhid ailələrinə münasibətindən də şikayətlənib: “Bürokratik əngəllər var. Digər tərəfdən, pensiya yaşı Azərbaycanda birmənalı şəkildə azaldılmalıdır. Azərbaycanda vətəndaşların yaşam həddi 70 yaşı keçmir. Sağlamlıq problemləri orta ömrə ciddi şəkildə təsir etməkdədir. Biz yarımçıq qalan bu məsələləri həll etməliyik”.
Fazil Mustafa qanunsuz şəkildə cərimələr yığıldığınmı da deyib: "BNA yenə həmin cərimələri qanunsuz olaraq yığır. Maşın sürən hər bir şəxs bundan narazıdır".
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?