Deputat: “Hesablama Palatası Kənd Təsərrüfatı Nazirliyində 79 nöqsan aşkarlayıb”
“Keçən il Hesablama Palatası subsidiyalarla bağlı sənəd hazırlayıb. Builki hesabatda da bu məsələyə çox geniş yer verilib”.
APA TV-nin məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Əli Məsimli deyib.
Deputat bildirib ki, Hesablama Palatası Kənd Təsərrüfatı Nazirliyində 79 nöqsan aşkarlayıb: “Həmin nöqsanların 18-i subsidiya, 7-si mineral gübrələrlə bağlıdır. Bütövlükdə fəaliyyətimizdə nəticəni yaradan səbəbə qarşı mübarizəni gücləndirməliyik. Aqrar sahədə torpaq münasibətləri sahmana salınmadıqca bu nöqsanlar qalmağa davam edəcək. Kənd təsərrüfatında çalışanların xeyli hissəsinin torpaq mülkiyyəti ilə bağlı problemi var. Buna görə də onlar subsidiya ala bilmirlər. Mülkiyyət münasibətlərini sahmana salmaq lazımdır. Subsidiya ilə bağlı problem də bundan sonra həllini tapa bilər. Çağırış edirəm ki, bu problemi Milli Məclis və Hesablama Palatası birlikdə aradan qaldırsın”.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu