Dünənki partlayışda türkiyəli aktyorun qızı və xanımı da həlak olub
Türkiyəli məşhur aktyor Nurəddin Uçar ötən gün İstanbulun İstiqlal küçəsində baş verən partlayışda qızı 15 yaşlı Yağmuru və keçmiş həyat yoldaşı 38 yaşlı Arzu Özsoyu itirib.
APA TV xəbər verir ki, aktyor qızının fotosunu sosial şəbəkə hesabında paylaşaraq “Qəbrin nurla dolsun, məkanın cənnət olsun, qızım”, - deyə bildirib.
Qeyd edək ki, terror aktı nəticəsində 6 nəfər həlak olub, 81 nəfər yaralanıb.
Xatırladaq ki, Nurəddin Uçar Türkiyənin məşhur “Diriliş Ərtoğrul” serialında yer alıb.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu