Əfqanıstanda 4500 Türkiyə vətəndaşı var
“Taliban” hərəkatının paytaxt Kabildə hakimiyyəti ələ keçirməsindən sonra Türkiyə Əfqanıstandan 1404 nəfəri təxliyə edib.
APA TV-nin xəbərinə görə, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu uruqvaylı həmkarı ilə birgə mətbuat konfransında bildirib.
Nazir qeyd edib ki, Əfqanıstandan təxliyə edilən 1404 nəfərdən 1061-i Türkiyə vətəndaşıdır.
O, hələ də Əfqanıstanda 4500 civarında Türkiyə vətəndaşının qaldığını deyib.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu