Ermənilərin mina hiyləsi: Partlayıcının altına bunu qoyublar ki...

# 10:54
14 dekabr 2021

İkinci Qarabağ müharibəsinin başa çatmasından artıq 1 ildən çox vaxt keçsə də, hərbi qarşıdurmanın əsas elementlərindən biri olan minalanmış sahələr problemi can almağa davam edir.

9 dekabrda Şuşanın Daşaltı kəndində iki nəfərin minaya düşərək həlak olması da bu təhlükənin qısa müddətdə aradan qalxmayacağını göstərir.


Fövqaladə Hallar Nazirliyinin Minatəmizləmə qrupunun komandiri Vüqar Hacızadənin sözlərinə görə, piyada əleyhinə minalar, torpağın bir neçə santimetr dərinliyinə basdırılır: ”Əlimdə gördüyünüz minalar, torpağın bir o qədər də dərinliyinə basdırılmır. Torpağın 3-5 sm dərinliyinə basdırılır və zamanla həmin qat yuyula bilər. Vətəndaşlara səslənmək istəyirəm ki, belə minalara qətiyyən toxunmasınlar. Onlara maraqlı gələ bilər, ilk dəfə görə bilər, lakin bu tipli bir əşya gördükdə qətiyyən toxunmasınlar”


Vüqar Hacızadə deyir ki, piyada əleyhinə minalar, adətən insanları yaralamaq məqsədi ilə basdırılır. Lakin onun dağıdıcı gücünü artırmaq üçün ermənilər piyada əleyhinə minaları başqa minalarla birləşdiriblər: ”Bu gördüyünüz mina tank minasıdır, əlimdə olan isə, piyada minasıdır. Düşmən bunu bir-birinin üzərinə qoyaraq, “surpriz” minalar hazırlayır ki, vətəndaşlarımız bunun üzərinə çıxdıqda, piyada minası öz növbəsində partlayır, detanasiya verir, və nəticə də tank əleyhinə mina partlayaraq ətrafa daha çox partlayış gücü saçır”.

Vüqar Hacızadə bildirib ki, minalarla yanaşı, partlamamış döyüş sursatları da potensial təhlükə mənbəyidir. Bu cür silah-sursat və ya minalarla rastlaşan zaman vətəndaşların  Fövqaladə Hallar Nazirliyinə müraciət etmələri tövsiyyə olunur: “Həmin ərazilərdə minatəmizləmə əməliyyatlarını səbrlə gözləyən vətəndaşlara dövlətimizin yanında olduqları üçün öz təşəkkürümüzü bildiririk. Həmin əraizlərdə işləyən və oraya yaxın vətəndaşlarımıza səslənmək istəyirik ki, rastlaşdıqları hər hansı bir döyüş sursatları və ya minalarla bağlı, 112 zəng mərkəzinə zəng etmələrini tövsiyyə edirik”.

Qeyd edək ki, ötən ilin noyabrından bu günədək 20 min hektara yaxın ərazi mina və partlamamış sursatdan təmizlənib. Mina ilə ən çox çirkləndirilən sahələr Füzuli, Ağdam, Tərtər və keçmiş təmas xətti boyunca yerləşən ərazilərdir. Azərbaycan ərazisinin minalarla çirklənmə səviyyəsinə görə dünyada ilk üçlükdə yer alır.


 

Semral Cavad,
Kamran Namazov
  
APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR