Evdə 65 yaşlı qadının meyiti tapıldı
Sumqayıtda evdən qadın meyiti tapılıb.
APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbərinə görə, "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan FHN-nin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1957-ci il təvəllüdlü Seyfullayeva Rəhilə Xanoğlan qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu