FHN-də kadr dəyişikliyi aparılıb
Fövqəladə Hallar Nazirliyində kadr dəyişikliyi aparılıb.
FHN Mətbuat Xidmətinin rəisi Gülçin Mehdiyeva APA TV-yə bildirib ki, daxili rotasiyaya əsasən, polkovnik Hikmət Abbasov Nazirliyin Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi təyin olunub.
Bundan əvvəl o, Bakı Regional Mərkəzin rəisi vəzifəsində çalışıb.
Qeyd edək ki, buna qədər Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi olmuş, daxili xidmət general-mayoru İsrail Əliyev isə Bakı Regional Mərkəzin rəisi təyin olunub.
DİGƏR XƏBƏRLƏR
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirildi
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi