Finlandiya Rusiyadan olan turistlər üçün sərhədini bağlayır
Finlandiya hökuməti 30 sentyabrdan etibarən rusiyalı turistlər üçün sərhədlərin bağlanacağını təsdiqləyib.
APA TV “Helsingin Sanomat”a istinadən xəbər verir ki, Finlandiya XİN rəhbəri Pekka Haavisto qərarın qəbul edilməsini təsdiqləyib.
“Polşa və Baltikyanı ölkələrin rusiyalı turistlərə sərhədləri bağlamasından sonra, ölkələrarası münasibətlərə xələl gəlməməsi üçün Finlandiya da bu qərarı qəbul etdi”, – deyə XİN rəhbəri açıqlama verib.
Rusiya vətəndaşlarının turist vizaları ləğv olunacaq. Finlandiya vizası almış Rusiya vətəndaşları digər ölkələr vasitəsilə Avropaya keçə bilməyəcəklər. Həmçinin o da qeyd olunub ki, Rusiya vətəndaşları bir sıra istisna hallarda Finlandiyaya gələ biləcək. Onlar ailə vəziyyəti ilə əlaqədar, təhsil, iş, müalicə ilə bağlı və humanitar səbəblərlə sərhədi keçə biləcəklər.
Xatırladaq ki, Rusiyanın quru sərhədlərinin açıq olduğu yeganə Avropa İttifaqı ölkəsi Finlandiya idi. Bundan öncə isə Latviya, Litva, Estoniya və Polşa kimi ölkələr rusların ölkəyə daxil olmasını məhdudlaşdırmışdılar.
DİGƏR XƏBƏRLƏR
![Valideynlər narkomaniyaya düçar olan övladını necə tanısın? – APA TV](https://apa.az/storage/apa-tv/news/2024/july/02/big/6684412821d6e6684412821d6f17199434646684412821d6b6684412821d6c.jpg)
Valideynlər narkomaniyaya düçar olan övladını necə tanısın? – APA TV
![Taksilərin sayı azaldı, minimum qiyməti isə 4.50 AZN oldu](https://apa.az/storage/apa-tv/news/2024/july/01/big/6682be55512976682be555129817198444376682be55512956682be5551296.jpg)
Taksilərin sayı azaldı, minimum qiyməti isə 4.50 AZN oldu
![Taksi fəaliyyətində istifadə olunacaq avtomobillərlə bağlı yeni qərar qüvvəyə mindi](https://apa.az/storage/apa-tv/news/2024/july/01/big/66823df42a73f66823df42a740171981157266823df42a73d66823df42a73e.jpg)
Taksi fəaliyyətində istifadə olunacaq avtomobillərlə bağlı yeni qərar qüvvəyə mindi
![Gəncədə ağır yol qəzası baş verib](https://apa.az/storage/apa-tv/news/2024/july/01/big/66823dae71e8766823dae71e88171981150266823dae71e8566823dae71e86.jpg)