Gəncədə halı pisləşən məktəbli VƏFAT ETDİ
Gəncədə 11 yaşlı yaşlı məktəbli vəfat edib.
APA TV xəbər verir ki, hadisə sərnişin avtobusunda qeydə alınıb. Belə ki, 11 yaşlı Rüfət Rəhimli məktəbə gedərkən avtobusda halı pisləşib. O. yaxınlıqdakıların köməkliyi ilə dərhal Gəncə şəhər 2 nömrəli Birləşmiş Uşaq Xəstəxanasının çatırılıb. Xəstəxanada ilkin müayinə zamanı uşağın öldüyü məlum olub.
Qeyd edək ki, məktəblinin uzun müddətdir ürək çatışmazlığında əziyyət çəkdiyi və buna görə də əməliyyat edildiyi bildirilir.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.
Fuad Nazimoğlu, Mehdi Məmmədov, APA TV Gəncə
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib