Gəncədə kollecdə yanğın olub, 11 tələbə tüstüdən zəhərlənib
Gəncə Dövlət Universtetinin nəzdində Regional Kollecdə yanğın olub. Yanğın kollecin üçüncü korpusunun birinci mərtəbəsində baş verib.
Hadisə zamanı kolecin 10-dan çox tələbəsi tüstüdən zəhərlənib. Zərərçəkənlər 1 saylı şəhər xəstəxanasına yerləşdiriliblər. Hadisənin baş verdiyi korpusda imtahan prosesi gedirmiş. Zəhərlənən tələbələrdən 3-ü qız, 7-si oğlandır. Oğlanlar hadisə zamanı həyətdə olsalar da tələbə yoldaşlarını təxliyə etmək üçün dəfələrlə korpusa daxil olub, nəticədə tüstüdən zəhərləniblər.
Zəhərlənən şəxslər Xəstəxanaya yerləşdirilib. Vəziyyətlərinin normal olduğu bildirilir
Xəstəxanaya gətirilən tələbələr yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.
Kollecdən APA-ya verilən məlumata görə, yanğına otaqlardan birində elektrik sayğacında baş verən qısaqapanma səbəb olub.
Qeyd olunub ki, tüstüdən zəhərlənən tələbələrin vəziyyəti normaldır. TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, 10 tələbə tüstüdən zəhərlənmə diaqnozu ilə Abbas Səhhət adına xəstəxanaya, 1 nəfər isə Akademik Zülfüqar Məmmədov adına xəstəxanaya yerləşdirilib. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri stabildir.
DİGƏR XƏBƏRLƏR
![Valideynlər narkomaniyaya düçar olan övladını necə tanısın? – APA TV](https://apa.az/storage/apa-tv/news/2024/july/02/big/6684412821d6e6684412821d6f17199434646684412821d6b6684412821d6c.jpg)
Valideynlər narkomaniyaya düçar olan övladını necə tanısın? – APA TV
![Taksilərin sayı azaldı, minimum qiyməti isə 4.50 AZN oldu](https://apa.az/storage/apa-tv/news/2024/july/01/big/6682be55512976682be555129817198444376682be55512956682be5551296.jpg)
Taksilərin sayı azaldı, minimum qiyməti isə 4.50 AZN oldu
![Taksi fəaliyyətində istifadə olunacaq avtomobillərlə bağlı yeni qərar qüvvəyə mindi](https://apa.az/storage/apa-tv/news/2024/july/01/big/66823df42a73f66823df42a740171981157266823df42a73d66823df42a73e.jpg)
Taksi fəaliyyətində istifadə olunacaq avtomobillərlə bağlı yeni qərar qüvvəyə mindi
![Gəncədə ağır yol qəzası baş verib](https://apa.az/storage/apa-tv/news/2024/july/01/big/66823dae71e8766823dae71e88171981150266823dae71e8566823dae71e86.jpg)