Gəncədə polis mayoru vəfat edib
Ötən ay Göygöldə xidməti avtomobili ilə qəzaya düşən polis mayoru xəstəxanada ölüb.
APA TV-nin yerli bürosunun məlumatına görə, Gəncə Şəhər Baş Polis idarəsinin 1-ci polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinin rəisi? polis mayoru Qubat Qasımov bir müddət əvvəl yol qəzasına düşüb.
Bu gecə müalicə aldığı xəstəxanada həkimlərin səyinə baxmayaraq, vəfat edib.
Faktı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis baş leytenantı Eşqin Qasımov təsdiqləyib.
DİN rəsmisi bildirib ki, polis mayorunun dəfini bu gün olacaq.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu