Göyçayda yaşayış evi yandı – XƏSARƏT ALAN OLMAYIB
Göyçay rayonunda yanğın hadisəsi baş verib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə rayonun Zakir Nəcəfov küçəsində qeydə alınıb.
Rayon sakini, 1965-ci il təvəllüdlü Abbas Muştaqova məxsus yaşayış evində və talvarda baş verən yanğının söndürülməsi üçün əraziyə Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.
Yanğın zamanı evin 2 otağı və mətbəxin yanar konstruksiyaları, dam örtüyü, içəridəki əşyalar və talvar tamamilə yanaraq kül olub.
Yanğın zamanı xəsarət alan olmayıb. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Şahnəzər Bəşirov
APA TV
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev Estoniyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
Əfv olunanlar arasında Martin Ryan da var
Xankəndi, Xocalı və Ağdərəyə NÖVBƏTİ KÖÇ BAŞ TUTDU