Güclü külək və leysan Zaqatalada kəndləri bu vəziyyətə saldı

# 15:31
8 sentyabr 2023

Güclü külək və leysan Zaqatalada bir sıra fəsadlar törədib. Leysan yağışları səbəbindən bölgənin dağ çaylarında suyun səviyyəsi qalxıb. Kəndlərin yollarını, evləri, həyətləri sel suları basıb. Ən çox zərər çəkən kəndlərdən biri rayonun Mazıx kəndidir. Mazıx kəndi ərazisinə yağan leysan yağışları səbəbindən kəndin mərkəzindən axan Dəli çay məcrasından çıxaraq sakinlərin həyətyanı sahəsini basıb. Güclü külək və leysan yağışları səbəbindən kəndin ərazisində bir neçə yerdə ağaclar elektrik naqillərinin və telekommunikasiya xətlərinin üstünə düşüb. Dəli çayın daşması nəticəsində kənd sakininin hasarı aşıb, həyətyanı sahələr su altında qalıb. Sel suları altında qalan təsərrüfatlara, əkin sahələrinə, həyətyanı sahəsindəki bostan-tərəvəzə və meyvə ağaclarına ciddi ziyan dəyib. Evlərə su dolması nəticəsində sakinlərin qış tədarükü üçün saxladıqları məhsullar məhv olub. Həyətyanı sahələrə dolan sel suların bir-neçə kənd sakinin arı pətəklərini, toyuq-cücəsini və yardımçı tikililərdə olan fındıqları aparıb. Mazıx kəndindən Qəbizdərə kəndinə gedən yol dağdan qaya parçaları düşməsi səbəbindən müvəqqəti bağlanıb. Aidiyyəti qurumların müdaxiləsindən sonra yolda maşınların hərəkəti bərpa edilib. Hazırda müvafiq idarə və təşkilat nümayəndələri rayonda təmir bərpa işləri aparır, dəymiş ziyanın miqyası dəqiqləşdirilir. Qeyd edək ki, sentyabrın 7-si səhər saat 07 radələrində Balakən rayonun Katex, Zaqatala rayonunun Qəbizdərə və Mazıx kəndləri ərazisinə düşən güclü və iri dolu səbəbindən 100-dən yuxarə evin dam örtüyü yararsız hala düşüb. Evlər yağış suları altında qalıb.

Vüqar Heydərov, Əhməd Fərruxoğlu, APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR