Hər 20 gündən bir 30 manat cərimələnə bilərsiniz

# 20:42
24 may 2023

Daşınmaz əmlakın icbari sığortalanması tələbi qanunvericilikdə çoxdan nəzərdə tutulsa da, cəmiyyətimiz bunu könüllü prinsiplərlə etməyə maraq göstərmədi. Son bir neçə aydır ki, evlərin icbari sığortası yenidən gündəmə gəlib. Belə ki, bu il iyun ayının 1-dən yeni elektron sistemin işə düşməsindən sonra sığortasız ev sahibləri avtomatik hər 20 gündən bir 30 manat cərimələnəcəklər. İqtisadçı hüquqşünas Əkrəm Həsənov bildirir ki, evlərin məcburi sığortası mülkiyyətçinin seçim hüququnu pozur. Sığorta 3-cü şəxs qarşısında vurulan zərərə tətbiq edilsəydi, daha doğru olardı. Bir sözlə, mülkiyyətçi öz riskini sığortalamaq istəyirsə edir, istəmirsə də etmir. Sözügedən qanun illərdir movcud olsa da, dövlət bunun icrasını vətəndaşlardan tələb etmirdi. Qeyd edək ki, bir çox ölkələrdə yaşayış evlərinin icbari sığortası tətbiq edilmir. İqtisadçı Rəşad Həsənov isə bildirir ki, xüsusilə də inkişaf etmiş ölkələrdə özəl sığorta bazarı ciddi inkişaf yolu keçib və daşınmaz əmlak bazarının əhəmiyyətli hissəsini əhatə edir. Belə olduğu təqdirdə də həmin ölkələrdə dövlət icbari sığorta mexanizmlərinə ehtiyac duymur. Azərbaycanda isə daşınmaz əmlakın icbari sığortası bir zərurətdən yaranıb. Onu da bildirək ki, yaşayış evlərinin icbari sığortasının cəriməsi sadəcə çıxarışı olan evlərdə mümkün olacaq. Lakin soğrudan da göründüyü kimi əhalinin əksər hissəsi evini sığortalamağa maraqlı deyil. Belə olan halda cərimə mexanizmi necə işləyəcək? Ekspert Əkrəm Həsənov isə deyir ki, evlərin icbari sığortasının cərimə mexanizmi işləməyəcək. İnsanların evlərini icbari sığorta etməmələrinə səbəblərdən biri də sığorta şirkətlərinə güvənməmələridir. AYNUR QARA XƏYAL İSKƏNDƏROV HƏZRƏT BAYRAMLI APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR