“Heydər” məscidində şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb
Aprelin 13-də “Heydər” məscidində müqəddəs Ramazan ayı münasibətilə şəhid ailələri və qazilərə iftar süfrəsi açılıb.
Mərasimdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Binəqədi RİH-in başçısı Elxan Allahverdiyev, millət vəkilləri Azay Quliyev və Kamaləddin Qafarov, şəhid ailələri və qazilər iştirak ediblər.
Tədbirdə çıxış edənlər Ramazan ayının mənəvi paklıq, mərhəmət və şəfqət ayı olmasını qeyd ediblər. Bildirilib ki, şəhid ailələrinə, qazilərə diqqət və qayğı dövlətimizin siyasətinin vacib istiqamətlərindən biridir.
Daha sonra ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən qəhrəman şəhidlərimizin ruhuna dualar oxunub.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu