Hikmət Çətin: “Paşinyanın ümumi olaraq dediyi sözləri daha irəli aparması lazımdır”

# 23:12
4 noyabr 2021

“Hazırda əsas məsələ Cənubi Qafqazda sülhün, barışın, sabitliyin bərpa edilməsidir”.

 

APA TV-nin xəbərinə görə, bunu Türkiyənin sabiq xarici işlər naziri, 2003-2006-cı illərdə NATO-nun Əfqanıstanda Baş Mülki Nümayəndəsi olmuş Hikmət Çətin deyib. H. Çətin bildirib ki, bu məsəldə problem və buna cavab verməli olan Ermənistandır: “Prezident İlham Əliyev dəfələrlə sülhə çağırış səsləndirdi, sülhün necə mümkün olacağına aydınlıq gətirdi. Artıq Ermənistanın revanş cəhdlərindən əl çəkməsi lazımdır. Bu mövzunun bundan sonra müharibə ilə həll ediləsi bir tərəfi qalmayıb. Ermənistanla Azərbaycan, Ermənistanla Türkiyə ortaq sülhə gəlməlidir. Regional işbirliyinə ehtiyac var. Bölgədə Azərbaycan, Türkiyə, Ermənistan, Gürcüstan, Rusiya və İranı əhatə edəcək işbirliyinə ehtiyac var. Artıq savaşa, silahlara deyil, insanların rifahına uyğun addımlar atılmalıdır. Bu mövzuda Paşinyanın ümumi olaraq dediyi sözləri daha irəli aparması lazımdır. Müharibə bitib, bundan sonra ən yaxşı şərtlərlə sülhün bərqərar olmasına ehtiyac var”.

 

O bildirib ki, böyük zəfərin qazanılmasından sonra Bakıya gəlməkdən çox böyük sevinc hissi keçirir: “Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi bu forum çox əhəmiyyətli tədbirdir. Mərkəzin bütün toplantılarına qatılmışam. Bu, ən mühüm toplantılarından biridir. Çünki COVID-19-un bütün dünyanı işğal etdiyi bir dövrdə keçirilir. Pandemiya hələ də davam edir. Amma Mərkəzin bu şəkildə forumda toplanması son dərəcə əhəmiyyətlidir. Forumda COVİD-19-dan sonrakı dünya barədə danışırıq. Dünya COVID-19-dan sonra başqa dünya olacaq, hər şey çox dəyişəcək. İqtisadi, sosial, internet ortamında, sosial mediada hər şey böyük ölçüdə dəyişəcək. Sağlamlıqla bağlı insanlara çox şey öyrədiləcək. Dünyada COVID-19-dan sonra yeni mövzular müzakirə edilir”.

 

Hikmət Çətin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi ən mühüm toplantılarından əhəmiyyətinə də diqqət çəkib.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR