İki kəndi birləşdirən dəmir körpü oğurlandı - Göygöldə kuryoz oğurluq

# 20:00
22 fevral 2023

Göygöl rayonunda qeyri-adi oğurluq hadisəsi baş verib. Rayonu Goranboy rayonunu ilə birləşdirən dəmir körpü oğurlanıb. Əməkdaşlarımız  sözü gedən hadisənin baş verdiyi Çaylı kəndində olublar, elə vəziyyətlə yerindəcə tanış olublar.

Hadisə təxminən üç gün öncə gecə baş verib. Kənd sakinləri hadisədən dərhal sonra Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə zəng vuraraq məlumat veriblər.

Körpü 1954-cü ildə salınıb. Əvvəl taxtadan olan körpü sonradan dəmir relslərlə əvəzlənib. Eni 3 metr olan körpü 18 reysdən ibarət olub. Həmin dəmirlərin 16 ədədi oğurlanıb. Təxminən min nəfərə yaxın sakini olan Çaylı kəndinin bu körpü vasitəsilə Goranboyun bir neçə kəndində gedib-gəlişi olub. Bundan əlavə kənd sakinləri körpüdən  texnikaların əkin biçin sahələrinə gəliş gedişini həyata keçirdiblər.

Polis isti izlərlə dəmir körpünü oğurlamaqda şübhəli bilinən şəxsləri saxlayıb.

Kənd sakinləri körpünün tezliklə geri qaytarılmasını və gediş gəlişin bərpa olunmasını istəyirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR