İllərdir əsl adını bilməmişik: Sən demə, "Qızıləhmədi" deyilmiş

# 16:27
26 sentyabr 2022

Bu il İsmayıllı bağlarında qızıləhmədi alması boldur.

 

APA TV-nin yerli bürosu xəbər verir ki, əvvəlki illərdə bir kilosu 2-3 manata satılan qızıləhmədi alması bu il müştərilərə 4-5 manata təklif olunur. Meyvənin alıcısı çox olduğu üçün bağbanlar məhsulu elə öz həyətlərində müştərilərə satırlar. Fermerlər deyir ki, məhsul bol, qiymət yuxarı olsa da müştəri sarıdan qıtlıq yoxdur.

 

Tərkibi dəmirlə zəngin olan qızıləhmədi alması qanazlığına, xroniki mədə-bağırsaq xəstəliklərinin müalicəsinə yaxşı təsir edir.  Bu almadan bir sıra qiymətli konservləşdirilmiş məhsullar - kompot, mürəbbə, povidlo, şirə, püre və s. hazırlayaraq istifadə edə bilərsiniz.

 

Qeyd edək ki, dünyanın ən qiymətli alma sortlarından biri olan qızıləhmədi almasının vətəni Azərbaycanın İsmayıllı rayonu hesab olunur. Alma sortunun adı qızıləhmədi yox, Qızıl Əhmərdir. Sonralar Azərbaycan ərazisində ərəb dilindən istifadə halları azaldığı üçün insanlar Əhmər sözünü Əhməd kimi eşidib, sonra dildə elə bu cür deyilərək yayılıb.

 

Şahnəzər Bəşirov, APA TV, İsmayıllı

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR