İmran Xana ATƏŞ AÇDILAR
Pakistanın keçmiş Baş naziri İmran Xana sui-qəsdə cəhd olub.
APA TV "Sky News"a istinadən xəbər verir ki, silahlı şəxs İmran Xana Vəzirabadda mitinqdə tərəfdarlar qarşısında çıxış edərkən atəş açıb.
Onun ayağından güllə yarası aldığı bildirilir. Keçmiş Baş nazir hadisə yerindən uzaqlaşdırılıb və tərəfdarları onun sui-qəsd cəhdindən sağ çıxdığını açıqlayıblar.
Hadisə zamanı daha 4 nəfərin yaralandığı xəbər verilir.
Keçirilən tədbirlər nəticəsində keçmiş Baş nazirə atəş açan şəxs tutulub.
Həmin şəxs kameralara da düşüb. Onun kimliyi barədə hələlik məlumat açıqlanmayıb.
DİGƏR XƏBƏRLƏR
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib