İnsanın cinsinə görə rənglər hansıdır?

# 11:36
11 may 2024

Biz rənglər aləmində yaşayırıq və bu rənglər gözlə göründüyündən daha dərin anlamlara sahibdir. İnsanlar 180-dək rəng tonunu görməyə və onların 10000-dən artıq rəng çalarlarını fərqləndirməyə qabildir. Həmçinin,rənglərə dərin mənalar yükləyən insanlar da var. Həmçinin rənglər geyim seçimlərində önəmli detaldır. Bəs görəsən geyim zamanı istifadə edilən rənglərlə insanın xarakterini əlaqələndirmək doğrudurmu? Psixoloq bildirdi ki, insanlar rəngləri özünün emosional durumuna, xarakterinə, həyat tərzinə görə seçirlər. Həmçinin insanlar əşya alarkən rəngin mənalarına diqqət edirlər. Fəsil və rəng əlaqələndirilməsi ilə bağlı psixoloq qeyd etdi ki, bir müddətə qədər müəyyən məhdudiyyət var idi. Soyuqda daha çox qara, qəhvəyi, boz rənglərə üstünlük verildiyi halda, yayda al-əlvan daha çox təbiətə oxşayan rənglərə üstünlük verilirdi. Yalnız son zamanlar insanlar bu streotipləri aşır bütün fəsillərdə öz rəng zövqünə uyğun geyimlərə üstünlük verirlər. NURAY QƏDİRLİ RAMİQ ABBASOV ARİF ƏLİYEV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR