İran Məhsa Əmininin ölüm səbəbini açıqlayıb

# 15:54
7 oktyabr 2022

İranda bir müddət öncə Əxlaq polisi tərəfindən saxlanıldıqdan sonra həyatını itirən Məhsa Əmininin ölüm səbəbi açıqlanıb.

 

APA TV-nin Tehran bürosu xəbər verir ki, tibbi ekspertizanın açıqlamasında bildirilib ki, Məhsa Əmininin ölümünə başdan və bədənin həyati orqanlarından vurulan zərbə səbəb olmayıb.

 

Qeyd edək ki, Məhsa Əmininin ölümü İranda etirazlara və bəzi şəhərlərdə iğtişaşlara səbəb olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR