İrana xidmət edən 20 nəfər tutuldu
Azərbaycanda din adı altında İran xüsusi xidmət orqanlarının tapşırığı əsasında cinayətkar fəaliyyət göstərən bir qrup şəxs ifşa edilib.
APA-nın əldə etdiyi məlumata görə, Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən həmin şəxslərə qarşı xüsusi əməliyyat keçirilib.
Əməliyyat zamanı 20-ə yaxın şəxsin bu cinayətkar qrupun üzvü olduğu və din adı altında başqa fəaliyyətlər göstərdiyi məlum olub.
Müəyyən edilib ki, həmin şəxslər dini xurafatçılıqla və İran lehinə dini təbliğat aparmaqla narkotik vasitələrin kütləvi satışını da təşkil ediblər.
Onların məqsədi Azərbaycanın dünyəvi dəyərlərinə zərbə vurmaq, “kərimə” gənclərini narkotik vasitələrə qurşandırmaqla idarə etmək olub.
DİGƏR XƏBƏRLƏR
Noyabrın 30-na gözlənilən hava proqnozu açıqlanıb
“Zeyvəyə gedəndə ayaq götür” – Naxçıvanın qədim kəndindən REPORTAJ
Sabaha gözlənilən hava proqnozu açıqlandı